
Bakı.Trend:
Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon,
içərisində ümumilikdə 2720 manat və qızıl-zinət əşyaları olan
çantalar oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 31
yaşlı H.Həmidli, əvvəllər məhkum olunmuşlar – 32 yaşlı H.Hüseynov
və 50 yaşlı Ə.Qədimov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.