
Bakı.Trend:
24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların
hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.
Bildirilib ki, 24-25 iyul tarixlərində 126 və 554 nömrəli
müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu
keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum
tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat
vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
“Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti
olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi –
“Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə
Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan
qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq”, – qurumdan qeyd
olunub.