
Bakı. Trend:
2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və
Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə
“Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü
keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə qonaqlara aviasiya
təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş
müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar
cavablandırılıb.
Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu
cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə
də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.