
Bakı. Trend:
Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci
ilin birinci yarımilində mina və partlamamış hərbi sursat
partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti
alıb.
Trend xəbər
verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin
rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının
Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində
cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin
vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan
Geniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə
ümumilikdə 400 şəxs bu terrorun qurbanı olub, onlardan 70 nəfəri
həlak olub, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

