
Bakı. Trend:
Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq
tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1975-cı il
təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum
olunmuş rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb.
Maqsud Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti
istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu
ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi
qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

