
Bakı. Trend:
Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların
janr bölgüsü açıqlanıb.
Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari
ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının
efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü
(səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə,
faizlə) aşağıdakı kimi olub:
| İnformasiya və analitik proqramlar | 23,80% | |||
| Musiqi və əyləncə janrında proqramlar | 16,00% | |||
| İdman proqramları | 15,80% | |||
| Kommersiya materialları (reklamlar, sponsor təqdimatları, teleticarət formatlı materiallar) |
11,60% | |||
| Mədəni-maarif janrında proqramlar | 8,40% | |||
| Seriallar (xarici istehsal) | 4,40% | |||
| Bədii filmlər (xarici istehsal) | 3,80% | |||
| Anonslar və yayımçının elanları | 3,60% | |||
| Sosial yönümlü proqramlar | 3,10% | |||
| Seriallar (yerli istehsal) | 2,90% | |||
| Sənədli filmlər | 2,60% | |||
| Bədii filmlər (yerli istehsal) | 1,90% | |||
| Sosial çarxlar | 1,10% | |||
| Cizgi filmləri və uşaq proqramları | 1,00% | |||
Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual
proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin
ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü
televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr
statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü
televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların
janr bölgüsü belə olub:
24,5% – informasiya və analitik proqramlar
16,4% – musiqi və əyləncəli proqramlar
15,8% – idman proqramları
12,0% – bədii filmlər və seriallar
11,8% – reklam məzmunlu materiallar
8,3% – mədəni-maarif janrında proqramlar
3,6% – anonslar, elanlar
3,3% – sosial proqramlar
2,3% – sənədli film və materiallar
1,1% – sosial çarxlar
0,9% – uşaq proqramları və cizgi filmləri

