
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
həftəlik məlumat (21.07.2025 – 27.07.2025) açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA)
məlumat verilib.
Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,
Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və
Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097
partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

