
Bakı. Trend:
“Instagram”ın yeni “Friend Map” funksiyası real vaxtda məkan
paylaşımını avtomatik aktiv edir və bu, istifadəçilərin fərqində
olmadan da yer məlumatlarını bölüşməsinə səbəb ola bilər.
Trend xəbər verir ki, xüsusilə hekayələr, canlı
yayımlar və postlar zamanı bu məlumatlar sistemlə paylaşıla bilər.
Məxfiliyinizi qorumaq üçün bu funksiyanı deaktiv etməyiniz tövsiyə
olunur.
Məkan paylaşımını söndürmək üçün bu addımları
izləyin:
1. “Instagram” tətbiqini açın.
2. Profilinizə keçin və yuxarı sağ küncdəki üç xətt (≡)
işarəsinə toxunun.
3. Parametrlər və fəaliyyətlər bölməsini seçin.
4. Məzmununuzu kim görə bilər? menyusuna daxil olun.
5. Hekayə, canlı yayım və məkan bölməsinə keçin.
6. Məkan paylaşımı seçiminə toxunun.
7. Ayarları açın düyməsini seçin.
8. Açılan menyudan “Heç vaxt” variantını işarələyin.
Bu dəyişiklikdən sonra “Instagram” artıq sizin yerinizi
avtomatik paylaşmayacaq.
Qeyd edək ki, məxfiliyinizi təmin etmək üçün bu ayarı mütəmadi
yoxlamağınız tövsiyə olunur.

