Azərbaycanda bəzi ərazilərə quş qripi səbəbilə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Gündəm

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına
əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota,
Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş
qripi xəstəliyi aradan qaldırılıb.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat
yayıb.




Bildirilib ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv
edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik
sağlamlıq statusu bərpa olunub.

“Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən
qorunması məqsədilə AQTA tərəfindən tətbiq edilmiş məhdudiyyətlər
aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün
Dövlət Gömrük Komitəsinə müraciət olunub”, – qurumdan əlavə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir