16 noyabr 1994-cü ildə Ucar rayonun Qazyan kəndində anadan olmuşdur.2001-ci ilde Qazyan kənd 2sayli tam orta məktəbin 1ci sinifinə qəbul olub.2010-cu ildə həmin məktəbin lX sinifin bitirərək Göyçay rayon Dövlət İdarəetmə və Texnalogiya kollecinin avtomabilin təmiri və servisi fakultesinə qəbul olur.2014-cü ilin iyun ayinda kolleci bitirir.06.07.2014-cü ildə Ucar RHK tərəfindən müddətli Hərbi xidmətə çağrilir.Xidmətini Azərbaycan Respubilkasinin DIN-nin DQ-nin Baki şəhərində yerləşən N-sayli hərbi hissəsində başlamişdir. 2015-ci ilin oktyabr ayinda baş əsgər hərbi rütbəsi almişdir.2016-ci il yanvar ayinin 1də ehtiyata buraxilmaliydi.Lakin Vüqar hərbi xidmətdə olarkən qərara almişdiki düşmən tapdağinda olan doğma torpaqlarimizi azad etmək üçün hərbi xidmətin davam etdirməlidi.2016-ci il yanvarin 1i Baki şəhərindəki xidmətini bitrib 2si Bərdə rayonunda yerləşən DQ -in N-sayli hərbi hissəsində müddətdən artiq xidmətə başlayir.2017-ci ilin yanvar ayinda DQ-nin xüsusi təyinatlilarina keçirilir.Həmin ilin fevral ayinin 11də DQ -in Gəncə Şəhərində yerləşən N-sayli hərbi hissəsinin Xüsusi təyinatli dəstəsinə köçürülür.11.02.2017 -ci il xüsusi təyinatli dəstənin atəş təminati qrupunda iriçapli pulemyot yarimqrupunun komandiri vəzifəsində xidmət edirdi.29.05.2017-ci ildə Xüsusi təyinatli dəstədə kiçik gizir rütbəsi almişdi.2017-ci ildə DIN -nin DQ-nin baş idarəsinin keçirdiyi əlbəyaxa döyüşlərdə məharətlə üçüncü yer qazanmişdir.2018-ci ildə Gizir Hərbi rütbəsi almişdi.2019-cu ildən Xüsusi təyinatlilarin yarimqrup komandiri olaraq zirehli maşinin rəhbəri təyin olunur.2020-ci ilə kimi müxtəlif Hərbi təlimlərdə iştirak edib.Xidmət etdiyi müddətdə öz xüsusi bacariq və nümunəvi xidmətinə görə komandirləri tərəfindən bir neçə dəfə valideynlərinə təşəkkürnamə göndərilmişdi.Xidmət etdiyi dönəmdə nizam-intizamli,işgüzar bacariqli hərbi qulluqçu olub.Rəhbərlik etdiyi yarimqrupun döyüş hazirliğini daima yüksək səviyyədə saxlayib.Tabeçiliyində olan şəxsi heyətin döyüş və içtimayi-siyasi hazirliğinin düzgün təşkilinə və həyata keçirilməsinə ciddi nəzarət edib.Şəxsi heyətin məşğələlərə düzgün hazliğina və məşgələlərin kefiyyətli keçirilməsini təşkil edib.Özünu qorxmaz və cəsur bir hərbi quluqçu kimi aparib. Şəxsi bacariq və nümunəvi xidmətə görə onu Daxili Qoşun bölmələrindən XTQ-nin kəşfiyat bölməsinin Yaşma dəstəsinə keçirilər.
DÖYÜŞ YOLU
27 sentyabr Vətən müharibəsi başladiği gündən torpaqlarimizin işğaldan azad olunmasi uğrunda gedən döyüşdə komandir kimi üzərinə düşən vəzifələri tam yerinə yetirmişdi.Tabeçiliyində olan hərbi qulluqçularla bir yerdə vuruşub onlarin qayğisina qalib. Murovdağin Ömər yüksəkliyinin, Cəbrayil şəhərinin,Hadrut qəsəbəsinin,Xocavənd rayonunun 8 kəndinin,Füzuli rayonunun bir neçə kəndinin və Füzuli rayonun işğaldan azad olunmasinda iştirak etmiş qəhramanliqlar gösdərmişdir.Döyüş yoldaşlariyla birlikdə 10dan artiq düşmənin müdafiyə postunu ələ keçirmiş. artireliya heyətini məhf etmiş 100dən artiq canli qüvvəsin məhv etmişlər.Döyüş tapşiriğini yerinə yetirən isdiqamətlərdə ərazilərimizin düşməndən azad olunmasinda fərqlənmişdi. döyüşlər zamani Gizir Ələkbərov Vüqar öz qəhramanliği və fəalliği ilə seçilmişdi.Döyüşdə Vüqar ilə çiyin -çiyinə döyüşən yoldaşlari onun daima irəli getmək,torpaqlarimizi düşməndən təmizləmək istəyini və bunun üçün heç bir çətinliyə baxmadan rəşadətlə vuruşduğunu söyləyilər.12.10.2020 -ci il tarixində Füzuli rayonunun işğaldan azad olunmasinda gedən döyüş əməliyyatlarinda aldiği güllə yarasindan qəhrəmancasına şəhid olmuşdu. 15 oktyabr 2020-ci ildə doğulub, böyüdüyü Ucar rayonunun Qazyan kəndində son mənzilə uğurlanıb.Azərbaycan əsgərinin şücayəti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.Dövlət başçisinin sərancami ilə Gizir Ələkbərov Vüqar Telman oğlu Ölümündən sonra “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasina görə” və “Cəbrayilin azad olunmasina görə” medallari ilə təltif edilmişdir.Səhidimiz nişanli idi.
Allah Şəhidlərimizə rəhmət eləsin…