Paytaxtın bəzi küçələrində qazın verilişində fasilə yaranacaq

Gündəm

Bakı. Trend:

Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.




Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz
küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni
çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə bu gün
saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Təbriz,
T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və
S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.