“Euronews” III Şuşa Qlobal Media Forumu ilə bağlı reportaj hazırlayıb (VİDEO)

Gündəm

Bakı. Trend:

“Euronews” televiziya kanalı III Şuşa Qlobal Media Forumu ilə
bağlı reportaj hazırlayıb.

Trend xəbər verir
ki, reportajda qeyd olunur ki, Şuşada 52 ölkənin təmsil olunduğu
media forumunda süni intellektin jurnalistikaya təsirindən
danışılıb, etika, media savadlılığı və qlobal əməkdaşlığın
vacibliyinə diqqət yetirilib.

“III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya
artan təsirini müzakirə etmək üçün 52 ölkədən 140-dan çox
nümayəndəni bir araya toplayıb. Müzakirələr zamanı dezinformasiya,
süni intellektin məsuliyyətli inkişafı və bütün dünyada media
savadlılığının artırılması zərurəti kimi məsələlərə toxunulub.




Aparıcı xəbər agentliklərindən, texnologiya şirkətlərindən və
akademik institutlardan olan natiqlər bugünkü sürətlə dəyişən
informasiya mühitində davamlılığı gücləndirmək üçün daha sıx
beynəlxalq əməkdaşlığa çağırıblar.

Ev sahibi olan Azərbaycan üçün bu forum, həmçinin qlobal
narativləin formalaşmasında regionun artan rolunu, həmçinin süni
intellektə uyğunlaşma və media bütövlüyünü gücləndirmək öhdəliyini
nümayiş etdirdi”, – deyə reportajda bildirilib.