
Bakı.Trend:
İyulun 31-də qanunsuz saxlanılan odlu silah-sursat
aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 31-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 8
tüfəng, 15 patron darağı və 1054 ədəd müxtəlif çaplı patron aşkar
edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.