
Bakı.Trend:
Azad olunan ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə mina,
265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA)
işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
Həmçinin, 7 058,9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.