“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirilib (VİDEO)

Gündəm

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn
Adışov Qüdrət Rahim oğlu və Hüseynov Valeh Mirzə oğlunun xatirəsinə
həsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi
keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə
Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, hər iki
şəhidimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak
ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdə
göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.




Tədbirin iştirakçılarına şəhidlərin həyat yolunu əks etdirən
videomaterial təqdim olunub, onların döyüş yolu haqqında ətraflı
məlumat verilib, vətənpərvərlik mövzusunda musiqilər
səsləndirilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna
görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir