
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb
olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə
həftəlik məlumat açıqlanıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,
Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və
Zəngilanda 48 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 309
Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki, 1 726.1 hektar ərazi mina və PHS-lərdən
təmizlənib.

