Sosial müəssisələrdə xidmətə götürülən şəxslərin geyim və ayaqqabı ilə təmin olunma norması təsdiq edilib

Gündəm

Bakı. Trend:

Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində
xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq
inventarlarla təmin olunma norması təsdiq edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Qərarla stasionar xidmət göstərən dövlət sosial xidmət
müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və
yumşaq inventarlarla təmin olunma norması və xidmətə götürülmüş 2
yaşından yuxarı şəxslər üçün geyim, ayaqqabı və yumşaq
inventarlarla təmin olunma norması təsdiqlənib.




Dövlət sosial xidmət müəssisələrində stasionar formada xidmət
göstərilən şəxslərə verilən geyim, ayaqqabı və yumşaq inventarlar
sosial xidmətə xitam verildiyi gün müddət axımı dayandırılaraq
onların şəxsi istifadəsinə veriləcək.

Dövlət sosial xidmət müəssisələrində stasionar formada xidmət
göstərilən şəxslər vəfat etdiyi halda onlara verilən geyim,
ayaqqabı və yumşaq inventarlar həmin müəssisənin rəhbərinin
əsaslandırılmış qərarı ilə məhv ediləcək.

Təsdiq edilən normalarla bu link vasitəsilə tanış ola bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir