
Bakı. Trend:
“Bakı Metropoliteni” QSC iki departament rəisinin işdən
çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bu barədə Trend-ə “Bakı
Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, Bakı Metropoliteninin Maliyyə departamentinin
rəisi Asəf İsgəndərli karyerasında yeni mərhələyə başlamaq
məqsədilə fəaliyyətini öz ərizəsi əsasında dayandırıb.
“Təchizat departamentinin rəisi Tərlan Həsənli ilə bağlı yayılan
məlumatlar isə həqiqəti əks etdirmir. O, hazırda vəzifəsinin
icrasını davam etdirir”, – məlumatda qeyd edilib.

