Paytaxt ərazisində köşklərdən oğurluq edən şəxslər saxlanıldı

Gündəm

Bakı. Trend:

Nizami və Suraxanı rayonlarında yerləşən 2 köşkdən oğurluqlar
edilib və zərərçəkənlərə 4000 manata yaxın ziyan vurulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli
bilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş
32 yaşlı Ə.Əliyev saxlanılıblar.




Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bank
kartından 465 manat pul oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.