Xaçmazın Müşkür kəndində səyyar qəbul keçirilib (FOTO)

Gündəm

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Müşkür kəndində səyyar qəbul keçirib.

Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Müşkür, Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba,
Əzizli, Gəncəli və Bəbəli kəndlərinin sakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin su təchizatının yaxşılaşdırılması, elektrik
təsərrrüfatının yenilənməsi və yolların təmiri ilə bağlı
müraciətlər səsləndirilib.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir