
Bakı.Trend:
Baş prokuror Kamran Əliyev Qəbələ rayon prokurorluğunun inzibati
binasında Qəbələ, Oğuz, İsmayıllı, Göyçay rayonu və digər
bölgələrdən olan vətəndaşları qəbul edib.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lideri
Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət
edərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 46 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının
müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya
aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər
verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran
Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə
çatdırıb.