
Bakı.Trend:
Bakıda Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs
edilib.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları
tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər
hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan,
dövlət qeydiyyat nişanı olmayan, avtomobilində konstruksiya
dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış “Renault”
markalı, 01-CB-813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin
sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq
hərəkətini davam etdirib:
“Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü
Məhəmməd Əzizov saxlanılıb. O, saxlanılan zaman yol polisinin
qanuni tələblərinə riayət etmədiyi üçün ərazi polis orqanına təhvil
verilib”.
Məlumatda qeyd edilib ki, sürücü barəsində Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə
əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti
məhkəməyə göndərilib:
“Məhkəmənin qərarı ilə M.Əzizov 20 sutka inzibati qaydada həbs
edilib”.