
Bakı.Trend:
Həftəsonu yabanı halda bitmiş 511 ədəd çətənə kolu aşkar
olunub.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri ilə avqustun 9-da və 10-da ümumi çəkisi 23,1 kiloqramdan
artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 156
ədəd çətənə kolu götürülüb.
Yabanı halda bitmiş 472 kiloqram çəkidə 511 ədəd çətənə kolu isə
aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.