NİİM-dən yol-nəqliyyat hadisələri ilə bağlı sürücülərə MÜRACİƏT

Gündəm

Bakı.Trend:

Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən
biri də bəzi sürücülərin hərəkət zamanı düzgün ara məsafəsi
saxlamamasdır.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi sürücülərə müraciətində bildirilib.




Qeyd edilib ki, müşahidə kameraları vasitəsi ilə qeydə alınan
qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın
Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport və Mərdəkan
şoseləri, həmçinin Buzovna-Zuğulba və digər yollarda qeydə alınır.
Bununla yanaşı, müşahidələr onu da deməyə əsas verir ki, bəzi
sürücülər yolun sol hərəkət zolağında sürətlə hərəkət edirlər,
düzgün ara məsafəsi saxlamamaqla yanaşı, qarşıda sıxlıq yarandıqda
və hər hansı bir maneə ilə qarşılaşdıqda qəfil və məcburi
tormozlama nəticəsində zəncirvari qəzalara səbəb olurlar. Bu kimi
hadisələr, təəssüf ki, bəzən ölüm və ya xəsarətlə nəticələnir.

NİİM bir daha “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin
müvafiq bəndini sürücülərin diqqətinə çatdıraraq bildirir ki,
sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara
məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti
kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla
toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin
qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat
vasitəsini sərt tormozlamaq qadağandır.

Spread the love