Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib (VİDEO)

Gündəm

Bakı.Trend:

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

Trend xəbər
verir ki, barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən
həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol
hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət
iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet
sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb.




Qeyd edilib ki, sürücü barəsində Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati
protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə F.Bağırlı sürücülük hüququ 1 il
müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs
edilib.

Spread the love