
Bakı.Trend:
Xaçmazda istirahət mərkəzində avtomobildən oğurluq edənlər
saxlanılıblar.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində
yerləşən istirahət mərkəzlərindən birində avtomobildən pul və
müxtəlif əşyalar oğurlanması barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə hadisəni törədənlərin paytaxt sakinləri
Müşfiq Zeynalov və Akif Hüseynli olduqları müəyyən edilib və həmin
şəxslər saxlanılıblar.
Qeyd edilib ki, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində
həbs qətimkan tədbiri seçilib.