
Bakı. Trend:
Biz Azərbaycan və Gürcüstanla qurduğumuz üçtərəfli mexanizmlər
vasitəsilə regional sülhə və əməkdaşlığa, xüsusilə də xarici
siyasət və təhlükəsizlik sahəsində öz töhfəmizi veririk.
Trend xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı
həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat
konfransında deyib.
Ərdoğan bildirib ki, tezliklə Türkiyədə xarici işlər
nazirlərinin növbəti üçtərəfli görüşünü keçirməyi
planlaşdırırlar.
Türkiyə lideri Azərbaycan-Türkiyə-Gürcüstan arasında üçtərəfli
mexanizmin regional proseslərdə mühüm rol oynayacağını diqqətə
çatdırıb.