
Bakı.Trend:
Avqustun 13-də ölkə ərazisində sakinlərdən 2 avtomat silahı, 1
tapança, 12 tüfəng və 281 ədəd müxtəlif çaplı patron aşkar edərək
götürülüb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

