
Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat zamanı narkotiklərin qanunsuz qanunsuz dövriyyəsi ilə
məşğul olan, əvvəllər də məhkum olunmuş 33 yaşlı Vüsal Yusifov
saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, ondan 10
kiloqramdan artıq marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
V.Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.

