Tovuzda qanunsuz bərpa edilən yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb (FOTO)

Gündəm

Bakı.Trend:

Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma
məntəqələrinin istismarı yenidən dayandırılıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz
Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli
kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar
olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən
dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan
qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi
müəyyən olunub.

Məlumata görə, agentliyin əməkdaşları tərəfindən
görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və
hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin
fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması
üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.