Regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğundur – Deputat

Gündəm

Bakı.Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi
Zəfərdən sonra qarşısında dayanan bütün vəzifələri uğurla həyata
keçirir. İşğaldan azad olunmuş Qarabağ və Zəngəzur torpaqlarında
genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma
yurdlarından didərgin düşən soydaşlarımız mərhələli şəkildə öz
evlərinə qayıdırlar. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın
vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan
Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüş isə
Azərbaycanın diplomatiya sahəsində növbəti böyük uğuru oldu. Bu
görüşdə əldə edilən razılaşmalar 44 günlük Vətən müharibəsində
qazanılan tarixi Zəfərin məntiqi davamı və yekunu kimi
qiymətləndirilə bilər.

Bunu Trend
Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan hər zaman Cənubi Qafqazda
sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olub:

“İnanıram ki, Vaşinqton görüşündə imzalanan Bəyannamə Ermənistan
tərəfindən tam və vaxtında icra olunacaq və bununla da regionda
davamlı sülh və sabitliyin əsası qoyulacaq”.




Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması yalnız
Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün mühüm
əhəmiyyət daşıyır:

“Bu dəhliz yeni iqtisadi və investisiya imkanlarının
yaranmasına, dayanıqlı sülhün təmininə xidmət edəcək.
Kommunikasiyaların açılması isə bütövlükdə beynəlxalq ticarət və
logistika baxımından strateji önəm kəsb edir. Azərbaycan bu dəhliz
vasitəsilə dünya iqtisadiyyatında mühüm tranzit mərkəzlərindən
birinə çevriləcək. Ermənistan iqtisadiyyatı da bundan ciddi fayda
əldə edəcək. Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi
gündəliyə uyğun aparılır və Vətən müharibəsindən sonra formalaşan
yeni reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul
olunub”.

Afət Həsənova əlavə edib ki, bütün bu nailiyyətlər Prezident
İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən siyasətin
nəticəsidir.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir