
Bakı.Trend:
Gəncə şəhərində yol hərəkətinin təşkilində dəyişiklik olunub
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat
yayıb.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən Gəncə şəhərinin Nizami küçəsinin Atatürk prospekti ilə
kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan
hissəsində ikitərəfli hərəkət təşkil olunub.
Qeyd edilib ki, nəticədə nəqliyyat vasitələrinin izafi yürüşü
azalıb, səyahət müddəti qısalıb, o cümlədən ictimai nəqliyyatın
mobillik imkanları və əlçatanlığı artıb. Görülən işlər çərçivəsində
müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil
olunub, işıqfor bölmələrində dəyişiklik edilib.