Hərbi prokuror şəhidin ailə üzvləri ilə görüşüb (FOTO)

Gündəm

Bakı.Trend:

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi
prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Hərbi Prokurorluğun
rəhbər vəzifəli şəxsləri ilə birlikdə şəhid Pəncəli Nurməmməd oğlu
Teymurovun ailə üzvləri ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və
qayğının göstərildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban
Əliyevanın onlara hər zaman dəstək olduğu diqqətə çatdırılıb.




Görüşdə, həmçinin Vətən müharibəsində əldə edilən tarixi
Qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından və xalqımızın
əzmkarlığından bəhs edilib.

Şəhid P. Teymurovun ailə üzvləri daim diqqətdə saxlanıldıqlarına
və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də aidiyyəti
dövlət qurumlarına minnətdarlıqlarını ifadə ediblər.