57 minə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul olub

Gündəm

Bakı. Trend:

Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak
edib.

Trend xəbər verir
ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.




“Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil
müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr)
nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr)
nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib”, – deyə
qeyd olunub.