Kiçik çillə çıxdı, Boz ay başladı – Xalq təqvimi

Gündəm

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü – Kiçik çillə geridə qaldı.
 

Ria24.az xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin “oğlan çağı” – 20 günlük Kişik çillə fevralın 20-də başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti – Boz ayı yaşayacağıq. 

Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.


Qeyd edək ki, Azərbaycana bu il yaz fəsli martın 20-də yerli vaxtla saat 19:33-yə təsadüf edəcək.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 22-si, axırıncı çərşənbə isə martın 15-nə təsadüf edəcək.

Fevralın 22-də ilk – Su çərşənbəsi, martın 1-də Od, martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir…

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir