“Gələn həftə Moskvada Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının keçirilməsi planlaşdırılır”.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib:
“Bildirmək istəyirəm ki, biz azərbaycanlı həmkarlarımızla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması məsələsi barədə danışmışıq. Mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüş keçirəcək, həmçinin həmin günlərdə Moskvada delimitasiya və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüşün təşkil olunacağı barədə razılığa gəlinib”.
Mənbə: TASS
www.RIA24.az