Təxminən iki həftədir Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatçıları sözün əsl mənasında burunları ilə yer qazıb, Caliber.Az jurnalistlərinin “daşlar diyarı”na səfər etməsi faktını araşdırıblar.
Əldə etdiyimiz məlumata görə, Caliber.Az-ın əməkdaşlarının hazırladığı reportaj həm Ermənistan cəmiyyətində, həm də hakimiyyətdə partlayan bomba effekti yaradıb. Səbəbi də var idi – Ermənistana daxil olan Caliber.Az jurnalistləri buranı başdan ayağa gəzərək avtoxton Azərbaycan xalqının mədəni-tarixi irsinin ermənilər tərəfindən dağıdılmasına dair sübutlar toplayıblar.
Təbii ki, xüsusi xidmət orqanlarının uğursuzluğu həmişə bezdirici, üzücüdür, lakin hətta Mossad və MKİ kimi güclü təşkilatların da uğursuzluqları olur, qaldı ki, işi yalnız rejimə etiraz edən müxalifətçilərə qarşı mübarizə aparmaq olan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti ola. Haradasa xüsusi xidmət orqanlarının rəhbərliyi öz səhvlərini ictimaiyyətdən gizlətməyə çalışır, haradasa bunun üçün paqonlar və başlar uçur. Və haradasa Ermənistandakı kimi qeyri-peşəkarlıqlarını “uğurlu ifşa” altında gizlətməyə çalışırlar. Caliber.Az-ın reportajı ilə də belə bir hal baş verib. Daha doğrusu, reportajla da yox, onun əsasında hazırlanmış videosüjetlə.
Materialımızın dərcindən 12 gün sonra Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti şirnikləndirilmiş erməni KİV-ə və “Telegram” kanallarına əsl “sensasiya”nı “sızdırdı”: belə çıxır ki, Caliber.Az-ın jurnalistləri ümumiyyətlə Ermənistana səfər etməyiblər, Azərbaycanı tərk etmədən reportaj hazırlayıblar.
“Ermənistana saxta “səfər” və ya Azərbaycan təbliğatının fantaziyaları”, – erməni çekistləri araşdırmalarının nəticələrini belə adlandırıblar.
“Səs-küylü Azərbaycan təbliğat layihəsinin növbəti ucuz saxtakarlıq olduğu üzə çıxdı. Azərbaycanın sarı təbliğatının aparıcı resursu, bədnam “Kalibr”in Ermənistana deyil (bəlkə ancaq fantaziyalarda), internetə səfər etməsi, Ermənistana səfərlər haqqında videoları yükləyib yapışdırması faktının qısa, lakin aydın və hərtərəfli təhlili”, – MTN-in nüvəsində hazırlanan videonun annotasiyasında deyilir.
Yaxşı, deyilənləri təhlil edək. Son il yarım ərzində Ermənistan KİV-i müntəzəm olaraq MTN-dən sürətli peşəkar kadrların getməsi barədə məlumat yayıb. Kimini maaşın azlığı, kimini isə Paşinyanın siyasəti qane etmir. Eyni zamanda, Milli Təhlükəsizlik Xidmətinin direktorları ilə qərarsızlıq (4 ildir ki, baş çekist kreslosunda 4 nəfər oturub və hər biri əvvəlkindən daha zəif olub) esenbeşniklərin peşəkarlıq səviyyəsinə təsir etməyə bilməzdi. Məhz buna görə də Caliber.Az jurnalistlərinin Ermənistana səfəri faktının araşdırılmasının sonunda hətta erməni laysman üçün belə gülünc bir izahat ortaya çıxdı – “onlar burada olmayıblar”.
Baxmayaraq ki, köçəryanpərəst media (yeri gəlmişkən, Ermənistanın eks-prezidentlərinin çevrəsindən olan keçmiş çekistlərin nəzarəti altındadır) Caliber.Az xəbərinin dərcinin elə ertəsi gün həyəcan təbili çalıb və Milli Təhlükəsizlik Xidmətinə qarşı ciddi iddialar səsləndiriblər. Üstəlik, erməni diasporunun köhnə sevimlisi, bloqer Mina Xaçatryan da isterik vəziyyətdə MTN-i fəaliyyətsizlikdə ittiham edib. Görünür, onların da hücumları MTN-in ciddi-cəhdlə bizim reportajla məşğul olmağa vadar edib.
Öz səhvlərini ictimaiyyət qarşısında etiraf etmək müəyyən cəsarət və dürüstlük tələb edən məsələdir. Bu isə Ermənistanın güc strukturlarının açıq-aydın öyünə bilməyəcəyi bir şeydir. Reportajın fantaziyalar üzərində yazıldığını söyləmək daha asandır. Diqqət edin, erməni tərəfi hesabatın mətn variantına və avtoxton Azərbaycan xalqının mədəni-tarixi irsinin dağıdılmasına dair təqdim olunan fotofaktlara qarşı heç nə təqdim edə bilməyib.
Amma işin içindən çıxmaq lazımdır və cəsur erməni çekistləri videoda tutunacaq “qarmaq” tapdıqlarını düşünürdülər. Eyni zamanda, ən azı bir addım irəlidə baş verəcəkləri nəzərə almadan – axı bizim həmişə ehtiyatda materialımız var…
Biz Ermənistana hələ çox səfər etməyi planlaşdırırıq və buna görə də “xüsusi istedadlılar” üçün vurğuladığımız kimi, bütün sirrləri və təfərrüatları öncədən açıqlamağı düşünmürdük. Erməni xüsusi xidmət orqanlarının reportajımızın video ardıcıllığına dair təqdim etdiyi “sübutlara” gəlincə, montaj zamanı həqiqətən də internetdə mövcud olan kadrlardan istifadə olunub. Yoxsa sadəlövhcəsinə fikirləşiblər ki, biz sərhədi keçməyimizin əsl videosunu paylaşıb onların işini asanlaşdıracağıq? Olduqca sadəlövh gözləntilərdir.
Amma bir halda ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətn reportajı və orada dərc olunan fotoşəkillərlə bağlı heç bir şikayəti yoxdur, o zaman biz onları 5 GB kadrdan yeni 70 fotoşəkil təqdim etməklə yenidən sevindirəcəyik. Bəyənsəniz, yenə əlavə edə bilərik. Təəssüf etmirik. Siz isə hələ ki məşq edin və səhvləriniz üzərində işləyin.
Təpəbaşı (Kond) məhəlləsi. Budur, bir vaxtlar, erməni vandalizmindən əvvəl Təpəbaşı məscidinin yerləşdiyi yer:
Erməni vandalizminin daha bir sübutu XVII-XVIII əsrlərdə tikilmiş və İrəvanın eyniadlı məhəlləsində yerləşən Dəmirbulaq məscidinin dağıdılmasıdır. 1988-ci ildə məscid yandırılıb, 1990-cı ildə isə yerlə-yeksan edilib. Bu gün çəkdiyimiz kadrlardan da göründüyü kimi, burada “Rossiya” ticarət mərkəzi yerləşir:
Əmir Səədin oğlu Pir-Hüseyn tərəfindən İrəvan yaxınlığında, Cəfərabad kəndində onun üçün tikdirdiyi məqbərə. Ermənistanın rəsmi dairələri bu orta əsr məqbərəsini “Türkmən məqbərəsi” adlandırırlar. Eynilə, İrəvandakı Göy məscidi təmir-bərpa işlərindən sonra “Fars məscidi” adlandırdıqları kimi:
İrəvan qalasında, Sərdar (Xan) sarayının yaxınlığında yerləşən “Abbas-Mirzə” və “Şah Abbas” kimi də tanınan “Sərdar məscidi”nin taleyi bundan az kədərli deyil. Çəkdiyimiz fotoşəkillərdə əks olunan yaşayış binaları dağıdılmış Sərdar məscidinin yerində tikilib.
Böyük Qarakilsə rayonunda yerləşən Arçut kəndi. Sənədlərə görə, XIX əsrin sonlarında bu kənddə 40 həyət olub və 357 azərbaycanlı yaşayıb. Sovet dövründə əhalinin sayı 1500-ə çatırdı. Kənddə üç qəbiristanlıq olub. Lakin 1988-ci ildə yerli azərbaycanlı əhali kənddən qovulub və bu gün orada ancaq ermənilər yaşayır. Təbii ki, onlar dərhal yerli məscidi dağıdıblar. Lakin qəbir daşlarının üzərində Azərbaycan dilində yazılar (ərəb qrafikası və kiril əlifbası) qorunub saxlanıb.
Lori mahalında yerləşən və 12-ci əsrə aid olan “Loru Qala Məscidi”nin daha az bəxti gətirib – qonşular gözlərini qırpmadan onu erməni kilsəsinə çevirib.
Növbəti kadrlar sübuta yetirir ki, Dərələyəz mahalının Ağkənd kəndindən yuxarıda yerləşən Səlim karvansarası da saxtalaşdırmaya məruz qalmışdır. Xalq arasında karvansaranı Şah Abbasın adı ilə adlandırıblar. 1988-ci ildə bütün azərbaycanlıların kənddən qovulmasından sonra karvansaranın tarixi saxtalaşdırılaraq dünya ictimaiyyətinə erməni tarixi abidəsi kimi təqdim edilib:
www.RIA24.az