Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib.
Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.
