Şəhid Sirac Abışovun anım günü – FOTOREPORTAJ

Gündəm

Bu gün Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun anım mərasimi keçirilib. 
Mərasim Sumqayıt şəhərində baş tutub. 

2021-ci il iyunun 4-ü saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində üç nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC-ın müxbiri) və Arif Əliyev (Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Sirac Abışovun anım günündə qohumları ilə yanaşı, həmkarları və ictimaiyyət nümayəndələri şəhidin xatirəsini yad ediblər. 

Anım mərasimindən görüntüləri təqdim edirik.

Daha çox şəkil burada: Photostock.az

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir