“Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib”.
“Report”un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.
O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlığın və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.
www.RIA24.az