İyul ayının 18-i Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təsis olunmasının 24-cü ildönümü qeyd edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.
Başlıca məqsəd – Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücayəti sayəsində Qarabağımız azadlığa qovuşdu. Bununla da Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer aldı. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi. Minatəmizləmə sahəsində bir neçə ilkə, yeniliyə imza atıldı.
24 illik müddət ərzində ANAMA 70 437,9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.
Qarabağa təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən ANAMA vətəndaşlara işğaldan azad edilmiş ərazilərimizdə onları məsuliyyətli və sayıq olmağa çağırır.
www.RIA24.az