Neftçala rayonu Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimov bələdiyyə üzvü Vəfa Nağıya qarşı “qara piar” kampaniyasına başlayıb.
Bu barədə məlumatı Vəfa Nağı özü paylaşıb.
“Dəyərli dostlar, bələdiyyə sədri məni təhdid edirdi iclasda, indi baxın nə edib. Mən “İnstagram”da şəkillər paylaşmışdım, sonra onları sildim təbii ki. İndi o şəkillərdən birini bizim kəndin dayanacağına yapışdırtdırıb, altında da Ledi Qaqa yazdırıb.
Baxın, şərəfsizliyin ən son halı. Bununla məni qorxutmaq istəyir. Mənim heç bir qorxum yoxdur, bu şəkilləri də açıq paylaşmışam. Kəndin dayanacağına yapışdırtdırmaq şərəfsizliyin son həddidir. “102”yə zəng vurdum, polis çağırmışam kəndə”, – deyə bələdiyyə üzvü bildirib.
Vəfa Nağı Əlibala Səlimovdan bələdiyyənin büdcəsi ilə bağlı hesabat tələb edib. Əlibala Səlimov isə hər vəchlə bundan yayınır.