28 oktyabr: Tarixdə necə qalıb?

Araşdırma Gündəm

Tarixdə bu gün hansı hadisələr baş verib?

Oktyabrın 28-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1492 – Xristofor Kolumb Kubanı kəşf edib.

1516 – Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.

1886 – Nyu-Yorkdakı Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirilib.

1918 – Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil olub.

1940 – İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil olub.

1941 – SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələyiblər.

1962 – Karib böhranı: Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan edib.

1984 – Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədilə açıq rəqabətə şərait yaradılacağını bəyan edib.

1998 – İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.

2008 – Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir