Güclü sel Oğuzda yolları dağıtdı, bağlar su altında qaldı – VİDEO

Hadisə Region

Şiddətli yağış və kənd təsərrüfatı sahələrinin suvarılması üçün Oğuzun Dəymədərə kəndi yaxınlığından keçən Qalaçaydan ayrılan suyun daşaraq, kənd ərazisinə tökülməsi yolları dağıdıb, həyətyanı sahələrə ciddi ziyan vurub.

Baku TV xəbər verir ki, xüsusilə kəndin şimal hissəsində olan tərəvəz və fındıq bağları su altında qalaraq, dərin lil qatı ilə örtülüb.

Fəsadlarla əlaqədar Padar kənd İcra Nümayəndəliyi aidiyyəti qurumlara xəbər verib. Dərhal əraziyə Suvarma Sistemləri İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunaraq, ərazidə təmizləmə işləri aparılıb.

Qeyd edək ki, hazırda Qalaçayda sel təhlükəsinin qarşısını almaq üçün işlər davam etdirilir. Suyun texnikanın köməyi ilə istiqaməti dəyişdirilir, çay sahilində istinad divarları tikilir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir