Azərbaycanda sayt rəhbəri saxlanıldı – RƏSMİ/FOTO

“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir