Bakıda dölü bağ evinə atan qadın ƏLƏ KEÇDİ – YENİLƏNİB

Bakıda dölü bağ evinə atan qadın saxlanılıb.

Bu barədə Ria24.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. 

Axtarış tədbirləri nəticəsində o saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

10:34

Bakının Buzovna qəsəbəsində döl tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.