İtkin düşən 12 yaşlı qız axtarılır

Paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.
Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir