İtkin düşdüyü bildirilən daha bir hərbçimiz şəhid olub

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyənləşib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, şəhid bu gün anadan olduğu Siyəzən rayonu, Yenikənd kəndinə gətiriləcək və dəfn ediləcək.
Tural ailənin yeganə oğlan övladı olub.
Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir