Paytaxtda dava: Gənc oğlana yeddi bıçaq zərbəsi vuruldu

Bakının Xəzər rayonunda 23 yaşlı oğlan bıçaqlanaraq ağır vəziyyətə düşüb.

Ria24.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Babayev Rəhman Tahir oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

O, boyun və kürək nahiyəsindən ümumilikdə yeddi bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.