Qubadlıda iki tondan artıq çətənə bitkisi aşkarlandı – VİDEO

Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş, çəkisi iki tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.